Ronaldo yeni müqaviləyə imza atdı — 200 milyon avro qazanacaq
"ABŞ-yə gedəcək, Avropaya qayıdacaq" şayiələri gəzən bir vaxtda Kriştiano Ronaldo "Əl Nəssr"lə müqaviləsini daha bir il uzatmağa qərar verib.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 5-də 40 yaşı tamam olacaq portuqaliyalı ulduzun müqaviləsi 2026-cı ilin iyununa qədər uzadılacaq.
Bu, Ronaldonun daha 200 milyon avro qazanacağı deməkdir.
O, hazırda Səudiyyə Ərəbistanında ən çox maaş alan futbolçudur.
Müqaviləsinin uzadılması ilə dünyanın ən çox qazanan futbolçusu olmağa davam edəcək Ronaldo həftədə 3,8 milyon avro, gündə isə təxminən 535 min avro qazanacaq.