Rusiyada "Google" əvvəllər qoyulmuş cərimələri ödəmədiyi üçün 8 milyard rubl (təxminən 78 milyon dollar) cərimələnib.
Bakıvaxtı.az bu barədə rus mediasına istinadla məlumat verir.
Belə ki, "Google"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.
“Google”dan başqa ölkədəki “Apple”, “X”, “Instagram” və “Facebook” kimi müxtəlif xarici platformalara da bəzi məzmunlara girişi bloklamadığına görə cərimələr tətbiq edilib.
Əli Hüseynov