Estoniya Rusiya ilə yol təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets bildirib.
Məlumata görə, 1993-cü il sentyabrın 24-də keçmiş SSRİ-nin 12 ölkəsinin, o cümlədən Rusiya, Estoniya, Ukrayna və Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.
Belə ki, Sazişin 18-ci maddəsinə əsasən, hər bir tərəf Rusiya Daxili İşlər Nazirliyinə yazılı bildiriş göndərildiyi gündən altı ay ərzində müqavilədən çıxmaq hüququna malikdir.
"Əməkdaşlıq Sazişinin 18-ci maddəsinə uyğun olaraq, sizə bildiririk ki, Estoniya Daxili İşlər Nazirliyi müəyyən edilmiş vaxtda sazişdən çıxır", - Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarlarına məktubunda bildirib.
Mina Mikayılova