AZ

Lavrov: İranla hərtərəfli tərəfdaşlıq sazişi üçüncü ölkələrə qarşı yönəlməyib – ÖZƏL

Rusiya ilə İran arasında hərtərəfli tərəfdaşlıq sazişi digər ölkələrə qarşı yönəlməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 2024-cü il diplomatik fəaliyyətin yekunlarına dair keçirdiyi mətbuat konfransında açıqlama verib.

"Bu saziş, Şimali Koreya ilə olan razılaşmamız kimi, konstruktiv xarakter daşıyır və Rusiyanın, eləcə də İranın dünyanın müxtəlif bölgələrində imkanlarını gücləndirməyə yönəlib," - deyə Lavrov vurğulayıb.

Nazir bildirib ki, sazişin məqsədi iki ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial məsələlərin həllini dəstəkləməkdir. Razılaşma çərçivəsində dövlətlərin etibarlı müdafiə qabiliyyəti də təmin olunacaq.

Sənəd 2025-ci il yanvarın 17-də Moskvada Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pəzeşkiyan arasında keçiriləcək danışıqlardan sonra imzalanacaq.

Qeyd edək ki, 2025-ci il yanvarın 13-də Rusiya və İran arasında 47 maddədən ibarət razılaşma barədə məlumat yayılıb. İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib ki, bu sənəd əməkdaşlığın bütün sahələrini əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr