AZ

Lavrov: "Qərb gürcü xalqını ələ salır"

Qərb Gürcüstanda 26 oktyabr parlament seçkilərinin nəticələrini tanımamaqla və ATƏT-in rəyinə məhəl qoymamaqla gürcü xalqını ələ salır.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

Lavrovun fikrincə, Qərb öz böyüklüyündən və cəzasızlığından istifadə edərək seçkilərin nəticələri ilə bağlı mühakimə yürüdür:

Nümunə kimi nazir Gürcüstan, Moldova və Rumıniyada keçirilən seçkiləri göstərib.

“Görün, gürcü xalqını necə ələ salırlar. Yeri gəlmişkən, bizi (Rusiyanı - red.) ittiham edirdilər ki, orada nəsə qurmuşuq. ATƏT müşahidəçiləri heç bir ciddi pozuntu aşkar etməyiblər. Bu isə o deməkdir ki, hər şey düzgün edildi, hər şey qanuni oldu. Ancaq bu, onların xoşuna gəlmir”, - Lavrov deyib.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr