AZ

Sülh yolunu sonadək gedəcəyik – Qalyan

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Azərbaycanla Tavuş istiqamətində artıq başa çatmış sərhədin demarkasiyasına dair sənədin olub-olmaması ilə bağlı suala müsbət cavab verməyib.

Teleqraf.com xəbər verir ki, nazir İrəvanın Bakı ilə aparılan danışıqlarda yekun məqsədinin sülh olduğunu iddia edib.

Qalyan jurnalistin müvafiq sualına cavabında bildirib ki, proses davam edir, sülhə gedən yolu sonadək davam etdirməkdən başqa əlac yoxdur:

“Rəhbərlik sülhə nail olmaq yolundan dönmək niyyətində deyil, ona görə də demarkasiya prosesi davam etməlidir”.

Konkret sektorla bağlı sənədin olub-olmaması sualını cavablandıran nazir əlavə edib ki, proses başa çatdıqdan sonra ikitərəfli, o cümlədən sərhədlərlə bağlı razılaşmalara ehtiyac yaranacaq:

“Bu, qarşılıqlı anlaşma əsasında olacaq”.

Qalyan delimitasiya və demarkasiya prosesinin hansı istiqamətdə davam edəcəyini açıqlamamağa üstünlük verib:

“Mövzu həssasdır və çox şey haqqında danışmaq istəmirəm. Bir çox məsələlər ən azı indiki mərhələdə geniş müzakirə obyekti deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
12
teleqraf.com

1Mənbələr