AZ

İdxal rüsumaları barədə Tramp komandasının planları

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, tariflərin hər ay 2-5% civarında artırılması nəzərdə tutulur. Plan üzərində Maliyyə naziri vəzifəsinə namizəd Skott Bessent, Milli İqtisadi Şuranın direktoru postuna namizəd Kevin Hassett və İqtisadi Məsləhətçilər Şurasının gələcək direktoru Stiven Miran işləyirlər.

“Belə yanaşma ABŞ-nin ticarət tərəfdaşlarına təzyiq göstərməsinə və artan inflyasiyanın artmasındanqaçmasına kömək edəcək”, - mənbələrin dediklərinə əsaslanan “Bloomberg” agentliyi vurğulayır.

Tramp Meksika və Kanadadan gələn mallara 25% rüsum tətbiq edəcək
Xatırladaq ki, bundan əvvəl, seçki kampaniyası zamanı Tramp Çindən idxal olunan mallara 60% tarif tətbiq etməyi təklif etmişdi. Bundan əlavə, o, Meksika və Kanadadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyinə söz verib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
12
azvision.az

1Mənbələr