AZ

Bütün hədəflər gerçəkləşdiriləcək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qaradağ rayonu, Lökbatan, Qızıldaş və Müşfiqabad bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Azərbaycanda yerli özünüidarəetmənin inkişafının diqqət mərkəzində olduğunu bildirib. O, YAP-ın seçki proqramında bu sahə ilə əlaqədar əsas hədəfləri diqqətə çatdıraraq “Heç şübhəsiz, Yeni Azərbaycan Partiyası növbəti dəfə qələbə qazanacaq və bütün hədəflər gerçəkləşdiriləcək”, - deyə vurğulayıb.

Görüşlərdə çıxış edən Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, seçki qərargahının üzvü Cavanşir Əliyev, şəhid anası Fəridə İsmayılova, bələdiyyə üzvlüyünə namizədlər Əlizamin Məmmədov, Türkanə Əliyeva, Zöhran Babayev, Elmira Əliyeva, Azad Musayev və Rəna Feyziyeva bələdiyyələrin inkişafı istiqamətində qarşıda mühüm vəzifələrin durduğunu və Yeni Azərbaycan Partiyasının bu sahədə məqsədyönlü fəaliyyət həyata keçirmək əzmində olduğunu bildiriblər.

Seçilən
13
yeniazerbaycan.com

1Mənbələr