Rusiyanın “Spartak” (Moskva) komandası tanınmış braziliyalı futbolçu Villian Joze ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Futbolçunun ölkəsinin “Bahia” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Villian Joze daha əvvəl “Real Sosyedad”, “Real Betis” (İspaniya) və “Vulverhempton” (İngiltərə) kimi tanınmış komandalarda çıxış edib.