AZ

Alimlər dağların altında 81 kub kilometr su aşkar ediblər

ABŞ-nin Oreqon Universitetinin alimləri maraqlı tapıntı aşkarlayıblar. Elm adamları Kaskad silsiləsinin mərkəzi hissəsində həcmi ən azı 81 kub kilometr olan yeraltı sudan ibarət xüsusi təbəqə aşkar ediblər. Bu su həcmi Kolorado çayının əsas su anbarı olan Mead gölünün tutumundan demək olar ki, üç dəfə çoxdur. Tapıntı Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

"Bu, dağlarda gizlənmiş nəhəng su qülləsinə bənzəyir",- deyə aparıcı tədqiqatçı və geoloq Leif Karlstrom bildirib.

Oreqonluların əksəriyyəti içməli sularını Kaskad silsiləsində başlayan çaylardan alırlar. Məsələn, Yudjin şəhərini qidalandıran Makkenzie çayı bu sulu təbəqədən qidalanan bulaqlardan qaynaqlanır.

Tural

Seçilən
18
1
news365.az

2Mənbələr