AZ

NATO "Baltikin mühafizəsi" əməliyyatına başlayıb

NATO-nun baş katibi Mark Rutte Helsinkidə keçirdiyi mətbuat konfransında “Baltikin mühafizəsi” əməliyyatının başladığını elan edib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

Rutte bildirib ki, Şimali Atlantika Alyansı Finlandiya və Estoniyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətindədir.

O, həmçinin “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən “Eagle S” tankerini saxladığı üçün Finlandiyaya təriflər söyləyib. Finlandiya hüquq-mühafizə orqanları kabelin neft tankerinin lövbəri tərəfindən zədələndiyindən şübhələnir.

QAZİLER.AZ

Seçilən
2
7
qaziler.az

1Mənbələr