Son vaxtlar ABŞ-da baş verən meşə yanğınları ekoloji sahədə böyük fəsadlara yol açır. Yanğınlar zamanı böyük miqdarda tüstü və zərərli qazlar havaya yayılır. Bu ekoloji problemlərlə yanaşı həm də sosial-iqtisadi sahələrə ciddi təsir göstərir.
Bəs yanğınların ölkəmiz üçün hansısa iqtisadi təsirləri varmı?
İqtisadçı Eldəniz Əmirov "Yeni Azərbaycan" a açıqlamasında ABŞ -da baş verən yanğınların Azərbaycan iqtisadiyyatına ciddi təsirlərinin olmayacağını bildirib: "Yanğın olan ərazidə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlıq edən yerli sahibkarlar, eyni zamanda hüquqi və fiziki şəxslərlə bağlı situasiyalar istisna olmaqla, digər təsirlərin olmayacağını düşünürük".
Havar Şəfiyeva