Bu günlərdə redaksiyamıza məlumatlı mənbə tərəfindən çox maraqlı bir məlumat daxil olub. Bu məlumat bir daha sübüt edir ki, Azərbaycanda şəxsi sərvəti 1 milyard ABŞ dollarından artıq olan şəxs var. Onun kimliyi və buna necə nail olması sizə də aydın olacaq.Onun özü və başına gətirilənlər barədə ölkənin bəzi mətbu orqanları da yazıblar – ortada məhkəmə çəkişmələri olsa da!Naxçıvanın Sədərək qəsəbəsində anadan olan Nəsib Cabbar oğlu Həsənovu deyirik və bilirik ki, elə bu yazımızla biz də “başımıza bəla aça bilərik”. AzToday.az xəbər verir ki, təhsili ibtidai olan Nəsib Həsənov uzun müddət Türkiyədə yaşayıb, keçmişini ciddi-cəhdlə gizlədib. Ən maraqlısı odur ki, bu şəxs barəsində heç yerdə, heç bir məlumata rast gəlmək mümkün olmur. Bilinmir ki, Nəsib Həsənov Rusiyadakı, daha doğrusu, Perm şəhərindəki, eləcə də, İran və Cəlilabaddakı fəaliyyətini nədən gizlədir?!AzToday.az-a daxil olan məlumata görə, onun həyat yoldaşının qardaşları Nəsib Həsənovun Permdəki “qanuni əməllərini” indi də davam etdirirlər. SOCAR-ın Hüquq İdarəsinin sabiq rəisi Eldar Orucovla bərabər, Nəsib Həsənovun həmyerlisi, “BETTA Security” firmasının sabiq rəhbəri Muxtar adlı şəxs onun Perm şəhərindəki “fəaliyyəti” ilə yaxından tanışdırlar. Bu barədə əlimizdə olan materialları yaxın günlərdə ayrıca məqalə şəklində dərc etməyi də planlaşdırırıq.Bəs görəsən adi savad sahibi bir şəxs olan Nəsib Həsənov birdən-birə necə ölkəmizin öndə gedən milyarderi olub?! O, 2008-ci ilə qədər sıradan bir şəxs idi. Çətinliklə kiçik məbləğlər qazanıb, hətta məhbəs həyatı da yaşayıb. Lakin 2008-ci ildə Nəsib Həsənov Ramin İsyev adlı şəxslə “SOCAR-AQŞ” adlı şirkət yaratmağa başlayıblar.Dünyada məşhur Harvard Universitetinin ən parlaq məzunlarından biri olan, beynəlxalq səviyyədə ən reytinqli və nəhəng neft şirkətlərində rəhbər vəzifələrdə çalışan Ramin İsayev “SOCAR-AQŞ” şirkətini 2008-ci ildən sıfırdan qurub. Bu barədə beynəlxalq audit şirkəti olan PWC-nin Moskva ofisinin verdiyi rəydə deyilir ki, Ramin İsayev öz istedadı və bacarığı sayəsində bu MMC-ni böyüdərək, 2020-ci ilin 25 fevral tarixində onun dəyərini 2,1 (iki tam onda bir) milyard ABŞ dollarına çatdırıb. “SOCAR-AQŞ”-nin təxminən 2 (iki) milyard dollarlıq şirkət olmasını “Baker Tilly İnternational” şirkəti də təsdiq edib. Bu iki nüfuzlu şirkətin rəsmi hesabatları da bizdə var və “SOCAR-AQŞ” şirkətinin maliyyə direktoru olmuş Ramil Məhərrəmovun bu barədə yazdıqlarını da sübut kimi təqdim edə bilərik.Ramin İsayevin qurduğu və dəyəri təxminən 2 (iki) milyard ABŞ dolları olan “SOCAR-AQŞ” MMC-də Nəsib Həsənovun payı 86.62%-dir. Bu isə o deməkdir ki, Nəsib Həsənovun “SOCAR-AQŞ” MMC-dəki payının dəyəri 1.819.020.000 (bir milyard səkkiz yüz on doqquz milyon iyirmi min) ABŞ dolları təşkil edir!!! Beləliklə, Nəsib Həsənov Azərbaycanın sərvəti dollarla ölçülən ilk rəsmi milyarderidir!Nəsib Həsənovu milyarder edən, doğrudan da Ramin İsayevdir. Bəs Ramin İsayev haradadır indi? Hazırda Ramin İsayev həbsxana həyatı yaşayır. Nəsib Həsənov və onun sevimlisi Yusif Həsən oğlu Cabbarov onu şərləyib, böhtan ataraq, rüşvət hesabına həbs etdiriblər ki, Ramin İsayevə çatmalı olan payı da özləri mənimsəsinlər. Ramin İsayevin həbsi üçün hüquq-mühafizə orqanlarına rüşvəti Cavid Hümbətov (“NEQSOL Holding” şirkətinin təhlükəsizlik xidmətinin rəhbəri, narkotik vasitələr istifadəçisi və qadın alveri üstündə həbsdə yatmış şəxs) çatdırıb.Növbəti məqalədə biz Ramin İsayevin qurduğu və Nəsib Həsənova hədiyyə etdiyi digər bir milyard dollarlıq müəssisə — Turan Birgə Müəssisəsi və regionda analoqu olmayan “Baku Drilling School” MMC barədə danışacağıq.İndilik isə onu qeyd edək ki, Ramin İsayevin qurub Nəsib Həsənova hədiyyə etdiyi şirkətləri, Nəsib Həsənovun sevimlisi Yusif Cabbarov talan edir, oğurlayır və xaricdə özünə yüz milyonlarla dollar dəyəri olan əmlaklar alır. Yusif Cabbarov Malta Qızıl Pasportu və vətəndaşlığı almaq üçün, hələ 2016-cı ildə 10 milyon manat xərcləyib! Əlimizdə olan məlumata əsasən, Yusif Cabbarovun 7 ölkədəki daşınmaz əmlaklarının dəyəri 200 (iki yüz) milyon ABŞ dollarıdır. Yusif Cabbarovun bank hesablarında olan pulları və xaricdəki şirkətləri də nəzərə alınsa, Yusif Cabbarovun da sərvətinin 1 milyard ABŞ dollarından çox olduğu aydın olur.“NEQSOL Holding” və “Nobel Energy” rəhbərləri Nəsib Həsənov və Yusif Cabbarovun milyardlarla dollara sahib olmalarının nə dərəcədə qanuni olmasını araşdırmaq isə, Azərbaycanın hüquq-mühafizə və vergi orqanlarının vəzifəsidir.Əlimizdə olan və “Nobel Energy” şirkətinin Baş meneceri Vüqar Səmədlinin səs yazısına əsasən, Yusif Cabbarovda Nəsib Həsənov barədə rüsvayedici, kompromat xarakterli videolar var. Yusif Cabbarov bunlarla Nəsib Həsənovu daim şantaj edir və qorxudur.(AzToday.az)Bu barədə yazı verməyə və qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta