Azərbaycanda yanvarın 29-na təyin edilmiş Bələdiyyə seçkilərində ölkə üzrə 5846 seçki məntəqəsi fəaliyyət göstərəcək.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, hazırkı dövrə olan məlumata görə, Azərbaycanda Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin 5 milyon 960 min nəfərdən çoxdur.