AZ

Conson: Putin, bitdi, ifadəmə görə üzr istəyirəm, sən...

"Putinin etdiyi arxaik və barbarlıqdır. O, başa düşməlidir ki, Estoniya, Latviya, Litva artıq Rusiya imperiyasının bir hissəsi deyil. Eyni şey Ukrayna üçün də keçərlidir. Bitdi! Vladimir, artıq imperiya yoxdur. İşlətdiyim ifadəyə görə üzr istəyirəm, amma Vladimir, sən axmaqsan".

Azreform.info xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Delfi"yə müsahibəsində deyib.

Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışan Conson deyib ki, əgər zamanında seçkilərdən əvvəl baş nazir seçilsəydi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin qarşısını ala bilərdi. 

O, Ukrayna məsələsində əsas problemi Qərbin birmənalı mövqe sərgiləməməsində görür.

"Ukrayna Qərbin bir hissəsidir, yoxsa Rusiyanın təsir dairəsinin bir hissəsidir? Məncə, Putinə çatdırmalı olduğumuz ən vacib şey odur ki, Rusiya artıq imperiya deyil və o, artıq bitib".

Mürtəza
Azreform.info

Seçilən
4
3
azreform.info

4Mənbələr