AZ

Xəstənin ölümünə səbəb olan həkimi hansı cəza gözləyir? — Vəkildən AÇIQLAMA

"Əməliyyat zamanı ölüm hadisəsinin baş verməsi ehtiyatsızlıqdan ölüm halı sayılır. O halda ki, həkim ölümə səbəb ola biləcək kobud pozuntu edib. Xəstənin ölümündə həkimin heç bir günahı olmaya da bilər. Bütün bunlar istintaq zamanı bəlli olur.  Həkimin tibbi olaraq hər hansı səhvinin olması sübuta yetirilsə, bu hal ehtiyatsızlıq ucbatından adam öldürmə hesab olunur. Həmin həkim cinayət məsuliyyətinə cəlb edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış vəkil Əkrəm Həsənov deyib. 

"Ehtiyatsızlıqdan adam öldürmə Cinayət Məcəlləsinin 124-cü maddəsinə görə məsuliyyət daşıyır. 2 ilədək müddətində islah işləri, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. Maksimum cəza 3 ilədək azadlıqdan məhrumetmə olur. İşin gedişatı və nəticəsindəndən asılı olaraq hakim 3 qərardan birini verir".

Xatırladaq ki, son illər Azərbaycanda həkim əməliyyatları zamanı ölənlərin sayı çoxalıb. İki gün öncə isə Nəzrin Mansurova burun əməliyyatından sonra komaya düşərək, dünyasını dəyişib.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
4
demokrat.az

1Mənbələr