AZ

İran 3 Avropa ölkəsi ilə nüvə danışıqları aparır

İsveçrənin Cenevrə şəhərində İran ilə Almaniya, Böyük Britaniya və Fransa arasında “İranın nüvə fəaliyyətləri və sanksiyaların aradan qaldırılması" məsələsinin müzakirəsi ilə bağlı danışıqlar keçirilib.

Publika.az xəbər verir ki, bu barədə İrannın xarici işlər nazirinin müavini Qərib Abadi “X” sosial media hesabında paylaşım edib.

Abadi bəyan edib ki, İran və üç Avropa ölkəsi arasında dünən keçirilən üçüncü raund danışıqlar ciddi, açıq və konstruktiv keçib:

"Nüvə fəaliyyəti və sanksiyalarla bağlı çox ehtiyac duyulan razılığın əldə edilməsi üçün bəzi detallar müzakirə edilib".

Seçilən
9
publika.az

1Mənbələr