AZ

Əcnəbi turistlərin əksəriyyəti Azərbaycanda ictimai nəqliyyatdan narazı qalıblar

Ötən il Azərbaycana gələn 1 milyon 708 min 923 turistdən 1 milyon 508 min 119-u və ya 88.25%-i ölkədə onlara göstərilən xidmətlərdən məmnun qalıb.

Teleqraf.com-un Dövlət Turizm Agentliyinə istinadən xəbərinə görə, turistlərin qeyri-kafi olaraq qiymətləndirdikləri xidmət sahələri də açıqlanıb.

Belə ki, ölkəyə gələn turistlərin 43 668 nəfəri (2.56%) avtobus, 12 558 nəfəri (0.73%) metro, 26 418 nəfəri (1.55%) taksi xidmətlərini qənaətbəxş hesab etməyib.

Bununla paralel 17 983 (1.05%) turist yerləşmə məkanlarından, 39 117 nəfər ( 2.29%) ictimai iaşə xidmətlərindən, 8037 nəfər (0.47%)- tur agentlərin fəaliyyətindən narazı qalıblar.


Müəllif: Teleqraf.com
Seçilən
11
teleqraf.com

1Mənbələr