Meksika XİN: Azərbaycanla əlaqələrin genişləndirilməsi üzərində işi davam etdiririk
Meksika Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığı davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Bu gün Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Çoxtərəfli səviyyədə dialoqun möhkəmləndirilməsinə və ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə sadiqliyimizi təsdiqləyirik", - nazirlikdə qeyd ediblər.
Hoy conmemoramos el 33 aniversario de relaciones diplomáticas entre México y Azerbaiyán.
Continuaremos trabajando para fortalecer nuestro diálogo bilateral y nuestras coincidencias en espacios multilaterales.