AZ

Azərbaycan Gürcüstana qeyri-neft məhsullarının ixracını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin 11 ayında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 46 milyon 949 min dollar və ya 15,7% azalıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-noyabr aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 252 milyon 921 min dollar təşkil edib. 

2023-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 299 milyon 870 min dollar olub. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (1 milyard 67 milyon 906 min dollar).

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
9
1
banco.az

5Mənbələr