Yazını böyüt
Yazını kiçilt
Türkiyədə Yozgatın Boğazlıyan rayonunda 4 yaşlı uşağını öldürərək zibilliyə atdığını etiraf edən ana həbs edilib.
Rayonda yaşayan M.S. (34) yanvarın 11-də keçmiş ərindən doğulan 4 yaşlı oğlu E.Ç.-nin itkin düşdüyünü polisə bildirib.
Polisə verdiyi ifadəsində ziddiyyətli ifadələr verən ana dindirmə zamanı 2024-cü ilin iyul ayında oğlunu boğaraq öldürərək rayon ərazisindəki zibilliyə atdığını etiraf edib.
Saxlanılan M.S polis bölməsindəki əməliyyatlardan sonra sövq edildiyi məhkəmə binasında hakim tərəfindən həbs edilib. Polis qrupları meyit itləri ilə zibillikdə axtarış aparıb. Cəsədi tapmaq mümkün olmadığından axtarışlar dayandırılıb.