Bakı. Trend:
Azərbaycan bizim üçün strateji tərəfdaşdır.
Trend "BELTA"yaistinadən xəbər verir ki, bunu yanvarın 14-də Belarusun Azərbaycanayeni təyin olunmuş səfiri Dmitri Pineviç jurnalistlərin sualınıcavablandıran zaman bildirib.
"Azərbaycan bizim üçün adi tərəfdaş deyil, strateji tərəfdaşdır.Bu bir sıra faktorlarla əlaqəlidir. Bizim aramızda uzaq məsafəninolmasına və xalqlarımızın keçdiyi tarixi yolun sanki fərqliolmasına rəğmən, biz bir-birimizə çox oşxayırıq. Biz mentalbaxımdan bir-birimizə oxşayırıq, bir-birimizi dəyərləndiririk,insan həyatına dəyər veririk, öncəki nəsillərin təcrübəsini çoxdiqqətli şəkildə mənimsəyirik. Mən hesab edirəm ki, bu faktor vəbizim ölkələrin rəhbərlərinin strateji əməkdaşlığa verdikləri butəkan, indi iki ölkə arasında yaxşı əlaqə nöqtələrinin olmasınagətirib çıxarıb", - o bildirib.
Səfirin sözlərinə görə, ikitərəfli əməkdaşlığın bütünistiqamətləri yaxşı strukturlaşdırılıb və Belarus prezidentinin buyaxınlarda Azərbaycana etdiyi səfəri zamanı aktuallaşıb.
"Amma inkişaf nöqtələri humanitar sahədədir. Bu, nə qədərparadoksal görünsə də," - deyə səfir bildirib.
Buna misal olaraq o iki ölkənin səhiyyə sistemləri arasında,həmçinin əczaçılıq, bioloji sənaye, İT sferası, tədrisproqramlarında olan qarşılıqlı əlaqələrdəki inkişafı göstərib. Osadalananların öz növbəsində mədəniyyətlərarası əlaqələrininkişafına təkan verəcəyinə ümid etdiyini bildirib.
"Biz yaxşı mənada, qarşılıqlı əlaqə nöqtələrini əhatə edən bucür "dövriyyə" yarada bilsək, istədiyimiz effektə - (qarşılıqlıticarət dövriyyəsini artırmaq - qeyd) nail olacağıq", - deyə DmitriPineviç bildirib.
Onun fikrincə, əczaçılıq və bioloji sənaye sahələrindəəməkdaşlıq xüsusilə perspektivlidir, çünki bu sahələrdə istehsalolunan məhsulların əlavə dəyəri çox yüksəkdir.
Səfir diqqətə çatdırıb ki, qarşılıqlı əməkdaşlığa hər iki tərəfmaraq göstərir və hər iki ölkənin bir-birinə təklif edə biləcəyiçox şey var.
"Bu, iki tərəfli yoldur. Azərbaycan yüksək inkişaf etmiş sənayevə aqrar ölkəsidir. Hər bir sahədə, istər sənaye olsun, istərsə dəsosial sahədə, onların nailiyyətləri var. Bu nailiyyətləri bizimnailliyyətlərlə birləşdirsək, elmdən tutmuş mədəni əlaqələrə kimi(müxtəlif sahələri əhatə edən) birgə istehsalat, birgə layihələrərsəyə gələcək. Biz başqa bazarlarda da birgə işləməliyik.Azərbaycanın ən yüksək texnologiyalara çıxışı var. Bizim vəzifəmizbu texnologiyaları strateji səviyyədə təklif etməkdən ibarətdir", -o bildirib.