AZ

Ukraynada hərbi vəziyyəti uzadıldı

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya Ukraynada hərbi vəziyyətin uzadılması, eləcə də hərbi səfərbərlik haqqında qanun layihələri təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, ölkədə hərbi vəziyyətin 90 gün müddətinə uzadılması təklif edilib. 

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət Rusiya hərbi əməliyyatları başlayandan sonra tətbiq edilib. Bu rejim dövlət orqanlarına, hərbi rəhbərliyə, yerli idarəetmə orqanlarına və özünüidarə orqanlarına əlavə səlahiyyətlər verir. Bu isə hücum edən tərəfə effektiv müqavimət göstərmək, müdafiəni təşkil etmək və əhalini mümkün təhlükədən qorumaq üçün lazımdır.

Seçilən
21
operativmm.az

1Mənbələr