"Atəşgah" Sığorta Şirkəti Zəngilan rayonunun Ağalı kəndində təntənəli şəkildə yeni xidmət mərkəzinin açılışını həyata keçirib.
FED.az xəbər verir ki, tədbirdə şirkətin Direktorlar Şurasının sədri Ruslan Əliyev başda olmaqla, şirkətin digər rəhbər şəxsləri də iştirak edib.
Yeni xidmət mərkəzi "Atəşgah" Sığorta Şirkətinin ölkə üzrə xidmət şəbəkəsinin genişləndirilməsini və vətəndaşlara əlçatan sığorta xidmətləri göstərilməsini hədəfləmişdir. Belə ki, Ağalı kəndində fəaliyyətə başlayan xidmət mərkəzi orada yaşayan və işləyən şəxslərin sığorta məhsullarına əlçatanlığını təmin etməklə yanaşı, yerli əhali arasında sığorta məhsullarının əhəmiyyətini təbliğ etmək və xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara sığorta xidmətləri göstərilməsi məqsədi daşıyır.
“Atəşgah” Sığorta Şirkəti gələcəkdə də ölkəmizin digər bölgələrində yeni xidmət mərkəzlərinin istifadəsini təmin etmək niyyətindədir.