Ermənistan hökuməti dəstək üçün Aİ və ABŞ-yə müraciət etməkdənsə, qonşu dövlətlərlə problemlərini həll etməlidir. Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Biz istər-istəməz Rusiyanın, Azərbaycanın, Türkiyənin, İranın indi danışdıqları məsələyə gələcəyik, yəni region ölkələri öz problemlərini yaxın qonşuları ilə həll etməlidirlər", - o, Ermənistanın Qərblə yaxınlaşmasının regionda təhlükəsizliyə necə təsir edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Ancaq bizim ərazimizdən, adət-ənənələrimizdən və öz qeyri-müstəmləkəçi ölçüdə tarix anlayışından uzaq olan ölkələr Aİ missiyasının Sünik bölgəsində təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, məsələn, mən bunu başa düşə bilmirəm”, - Lavrov yekunlaşdırıb.