AZ

Dünya çempionatlarından Universiadaya: gimnastikada ilin əsas yarışları

Beynəlxalq Gimnastika Federasiyası bu ilin əsas yarışlarından danışıb.

İdman.biz xəbər verir ki, təqvimdə bir çox növ üzrə dünya çempionatları və digər turnirlər yer alıb.

18-22 iyun
Bolqarıstan (Sofiya)
Bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatı

2019-cu ildə yeniyetmələr arasında ilk dünya çempionatında gələcək Olimpiya mükafatçısı Sofiya Raffaeli (İtaliya) çıxış edib. Paris-2024 olimpiadasının çempionu Taisiya Onofriyçuk (Ukrayna) 2023-cü ildə keçirilən ikinci dünya çempionatında medalçılar arasında olub. Şübhəsiz, bu ilki yarışda da gələcək dünya ulduzları çıxış edəcək.

16-27 iyul
Reyn-Rur (Almaniya)
Universiada

İki ildən bir keçirilən oyunlara idman fəaliyyəti ilə yanaşı ali təhsil alan 8 mindən çox tələbə idmançı qatılır. Reyn-Rur bölgəsindəki beş şəhər və Almaniyanın paytaxtı Berlin 2025-ci il yarışlarına ev sahibliyi edəcək. İdman gimnastikası və bədii gimnastikanın tanınmış nümayəndələrindən bəziləri öz ustalıqlarını nümayiş etdirəcəklər.

22-26 iyul
Lissabon (Portuqaliya)
"Gym for Life Challenge"

İstənilən şəxs seminarlar və dünyanın hər yerindən qrupların çıxışları ilə zəngin qala-gecədən ibarət unikal "Gimnastika hamı üçün" tədbirinə qoşula bilər. Beş gün davam edəcək tədbirin əsas hadisəsi qruplar üçün müsabiqə olacaq. Bu tədbir 2027-ci ildə Lissabonda keçiriləcək növbəti Dünya Gimnaestradası üçün bir növ hazırlıq xarakteri daşıyacaq.

7-17 avqust
Chengdu (Çin)
Dünya Oyunları

Gimnastika 12-ci Dünya Oyunlarının proqramında yer alan 35 idman növündən biridir. Bu, hazırda olimpiadaya daxil olmayan idman növləri üçün ən böyük yarışdır. 2022-ci ildə oyunlardakı parlaq debütündən sonra parkurun, həmçinin sonuncu yarışlarda olmayan batutda sinxron tullanışların qayıdışı diqqəti çəkir. Eləcə də akrobatik gimnastika, qoşa mini-batut, akrobatika və aerobika gimnastikası da proqrama daxil edilib. Bu il batutdan başqa digər növlərdə dünya çempionatları keçirilməyəcəyindən, idmançıların əsas diqqəti dörd ildən bir keçirilən bu böyük idman tədbirinə yönələcək.

20-24 avqust
Rio-de-Janeyro (Braziliya)
Bədii gimnastika üzrə dünya çempionatı

Barbara Dominquş və ölkədə məşhur qrup komandası Braziliyada bu idman növünə həvəsi alovlandırıb. 212,6 milyon nəfərə yaxın əhalisi olan ölkə üçün Rio-de-Janeyroda ilk dünya çempionatını keçirməyin tam zamanıdır.

19-25 oktyabr
Cakarta (İndoneziya)
İdman gimnastikası üzrə dünya çempionatı

İdman gimnastikası üzrə dünya çempionatı 1995-2021-ci illər ərzində beş dəfə Asiyada keçirilsə də, indiyə qədər heç vaxt qitənin cənub-şərqində təşkil olunmayıb. 17 min adadan ibarət, 700 yerli ləhcəsi və təxminən 282,5 milyon nəfər əhalisi olan İndoneziya Parisdə Rifda İrfanalutfinin timsalında ilk dəfə olimpiadanın gimnastika yarışında təmsil olunub.

6-9 noyabr
Pamplona (İspaniya)
Batut gimnastikası üzrə dünya çempionatı

Evdəki dünya çempionatı planetin ən yaxşı batut komandalarından birinə sahib olan ölkə üçün böyük fürsətdir. Melania Rodriges mini-batut üzrə hazırkı dünya çempionudur, Noemi Romero Rosario isə Olimpiya finalına yaxın olub.

İdman.biz

Məqalədə:
Seçilən
12
idman.biz

1Mənbələr