AZ

“BƏƏ-nin Xəzər regionunda iqtisadi maraqlarını genişləndirmək üçün Azərbaycanın ideal tərəfdaş kimi cəlbediciliyi daha da artır” – Ramin Əhmədov

“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr son illərdə özünün dinamik inkişafı ilə diqqət çəkir. Azərbaycanın Xəzər regionunda təbii sərvətlərlə zəngin ölkə olaraq, bir çox dövlətlər üçün etibarlı enerji tərəfdaşı kimi özünü sübut etməsi sözsüz ki, BƏƏ-ni də ölkəmizlə münasibətləri daha da dərinləşdirməyə meyilləndirir”.

Missiya.Az xəbər verir ki, bunu Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərindən bəhs edən paylaşımında qeyd edib. 

Ramin Əhmədov bu gün Azərbaycanda BƏƏ investisiyalı 400-ə yaxın şirkətin fəaliyyət göstərdiyini vurğulayaraq, BƏƏ-dəki əlverişli ticarət mühitindən Azərbaycanın da yararlandığını və bununla iki ölkə arasında ticari əlaqələrin inkişafına töhfə verməyə çalışdığını da önə çəkib: “Artıq 5 ildən çoxdur ki, Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi fəaliyyət göstərir. Burada yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün yaradılmış “Azərbaycan Ticarət Evi”nin fəaliyyətini xüsusi qeyd etməliyik. Siyasi müstəvidə də BƏƏ-nin Azərbaycana münasibəti dostluq və strateji tərəfdaşlıq mühitinə söykənir. Yəni, təşəbbüslərimizin həmişə dəstəkləndiyini görmüşük.

Cənab Prezident birinci dəfə deyil ki, BƏƏ-yə səfər edir və bu səfərlərin hər biri əlaqələrimizi daha da genişləndirib, iki ölkə xüsusən iqtisadiyyat və energetika sahəsində yeni-yeni layihələrin ərsəyə gəlməsinə səbəb olub, ölkəmizə investisiya qoyuluşunun artırılmasına gətirib çıxarıb, həmçinin BƏƏ-nin Xəzər regionunda iqtisadi maraqlarını genişləndirmək üçün ölkəmizin ideal tərəfdaş kimi cəlbediciliyini daha da artırıb”. 

TAİB təsisçisi sonda vurğulayıb ki, cənab Prezidentin budəfəki səfəri də ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək: “Bunu biz müxtəlif birgə enerji layihələri və Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində görə biləcəyik. Çünki BƏƏ-nin Azərbaycanın yaşıl enerji ixracatçısı potensialına marağı xüsusilə diqqət çəkir”. 

ElcanMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr