AZ

İranlı rejissor Fransanın “Fəxri Legion” ordenindən imtina etdi


Komikslər və “Persepolis” filmi sayəsində dünyada məşhurlaşan fransız-iranlı dizayner və rejissor Mərcan Satrapi Fransanın “Fəxri Legion” ordenindən imtina etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat yayıb.
Məlumata görə, 1994-cü ildə Fransaya gələn və 2006-cı ildə vətəndaşlıq alan 55 yaşlı rejissor 2024-cü ilin iyulunda “Fəxri Legion Cəngavəri” rütbəsinə yüksəlib.
Prinsipləri ilə bağlı imtina etmək qərarına gəldiyi mükafat barədə o, “İnstaqram”da yayımlanan Fransa mədəniyyət naziri Raçida Datiyə ünvanladığı məktubda izah edib.
“Mən Fransanın insan haqları ilə bağlı İrana qarşı ikiüzlü münasibətinə göz yuma bilmərəm”, - deyə o məktubunda qeyd edib.
Seçilən
7
yeniavaz.com

1Mənbələr