AZ

Göygöldə məktəbli bıçaqlandı: tutulan var - Rəsmi AÇIQLAMA

Göygöl rayonunda 9-cu sinif şagirdinin xəsarət alması barədə məlumat yayılıb.

Modern.az məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. 
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

***

17:06

Göygöl rayonun Mollacəlilli kəndində bıçaqlanma baş verib. Kənd sakini 2009-cu il təvəllüdlü Ə.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetməni yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Ə. Məmmədova ayaq nahiyəsinin kəsici-deşisi alətlətlə daxilə keçməyən sıyrığı diaqnozu qoyulub. Hadisəni törətməkdə şübhəli bilinən Ə. Teymurov saxlanılıb.

Qeyd edək ki hadisə məktəbdən kənarda baş verib.

 

Seçilən
8
2
modern.az

10Mənbələr