İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 204-ə yüksəlib.
Bakıvaxtı.az WAFA-ya istinadla xəbər verir ki, İsrail ordusu Qəzza zolağındakı qətliamı dünyaya elan etmək üçün həyatlarını riskə ataraq çalışan fələstinli jurnalistləri birbaşa və sistemli şəkildə hədəf almağa davam edir.
İsrail ordusu tərəfindən öldürülən sonuncu mətbuat işçisi Safa Xəbər Agentliyinin Fələstindəki redaktoru Məhəmməd Bəşir əl-Telmis olub. Telmis İsrail təyyarələrinin Qəzzanın Şeyx Rıdvan bölgəsinə etdiyi hücumda həyatını itirib.
Əli Hüseynov