AZ

Hollivud yanarkən ulduzların hərəkəti hiddət doğurdu - FOTO

Los-Ancelesdə davam edən yanğın fəlakəti zamanı Kim Kardaşyan, Silvestr Stallone və Kevin Hart kimi məşhurların suya qənaətlə bağlı qaydaları pozması hiddət doğurub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, şəhərin dəbdəbəli yerlərində yaşayan bu məşhurlar özlərinə ayrılan su kvotasını aşaraq cərimə ödəməyə üstünlük veriblər.

60 milyon dollarlıq malikanənin sahibi olan Kim Kardaşyan ona ayrılan su kvotasını 232 min gallon (təx. 310 ton) aşaraq diqqət çəkib.

2022-ci ildən bəri bölgədə tətbiq olunan ciddi suya qənaət qaydalarına əsasən, sadə vətəndaşlar həftədə iki dəfə səkkiz dəqiqə ərzində bağlarını sulaya bilərlər. Lakin Kardaşyan, Silvestr Stallone və Kevin Hart kimi məşhurların bu qaydalara əməl etmədiyi və cərimə ödədiyi üzə çıxıb.

Bundan əlavə, varlıların saatı 2000 dollar özəl yanğınsöndürənləri icarəyə götürməsi də tənqid edilib.

Qeyd edək ki, Los Ancelesdəki yanğınlarda indiyədək 16 nəfər ölüb, 13 nəfər itkin düşüb, 37 min hektar ərazi yanıb, 12 min tikili zədələnib. Lebron Ceyms, Arnold Şvartsenegger və Kamala Harris kimi tanınmış şəxslər də daxil olmaqla 153 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Billurə

Seçilən
2
1
olke.az

2Mənbələr