AZ

Spikerdən nazirlərə SƏRT TƏNQİD: Məktəblilərin dərs yükü azaldılmalıdır

Bəzi nazirliklər vəzifələrini vicdansızlıqla yerinə yetirirlər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

“Bir sıra nazirliklər işlərini yekunlaşdırmır və vəzifələrinin icrasına, açığını desək, pis niyyətlə yanaşırlar", - spiker deyib.

Onun sözlərinə görə, onların məsuliyyət və səlahiyyətləri sahəsində problemlər var. Volodin qeyd edib ki, bu, əlilliyi olan şəxslərin reabilitasiyası üçün texniki vasitələrlə təminat məsələlərinə, səhiyyə və təhsildə kadr çatışmazlığına aiddir.

Spiker nazirliklərin adlarını açıqlamayıb, lakin bu məsələlərin yaz sessiyasında müzakirə olunacağına ümid etdiyini bildirib.

Seçilən
4
publika.az

1Mənbələr