AZ

Hafiz Hacıyev pensiya ala bilmir: Niyə bizə heç nə düşməməlidir? - ETİRAZ

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qarabağda qazanılan Zəfərdən sonra Xankəndiyə mer olmaq istəyini dilə gətirmişdi. O, erməni dilini bildiyini, buna görə də orada yaxşı xidmət göstərə biləcəyini qeyd etmişdi.

68 yaşlı partiya sədri açıqlamalarından birində pensiya almadığını söyləmişdi.

Bəs Hafiz Hacıyev Xankəndiyə gedə bildimi? Onun pensiya təminatı nə yerdə qaldı?

Modern.az-a açıqlamasında Hafiz Hacıyev hələ də Xankəndiyə gedə bilmədiyini deyib:

“O vaxt sağ olsunlar, Prezident Administrasiyasından təşkil etdilər, Şuşaya və Zəngilanın Ağalı kəndinə getdik. İndi də Xankəndimizi görmək, oradakı camaatımızla görüşmək arzusundayıq. Amma bunun üçün icazə almalıyıq. Çarə gözləməyə qalıb, gediş-gəliş sərbəst olanda Xankəndiyə də baş çəkəcəyik. Sovetlər dönəmində komsomol katibi işləyəndə Xankəndidə çox olmuşam. Robert Köçəryan orada komsomolun birinci katibiydi. Mən də Kəlbəcərdə komsomolun katibiydim. Müşavirələri Xankəndidə keçirirdik. O şəhəri mən küçəbəküçə tanıyıram. Hələlik ora getməyimə icazə vermirlər”.

Hafiz Hacıyev pensiya və təqaüd almadığını deyib:

“Pensiya da, təqaüd də almıram. Hər şeydən məhrumuq. Ümumxalq partiyasının elə bil düşməniyik. Bizə heç nə düşmür. Bizə yad planetdən gələn insan kimi baxırlar. Qəmbərov İsaya 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər? Vəzifə tutan bəzi məmurlar pensiyaları da satırlar. Vaxtilə Heydər Əliyevə xəyanət edənlərin balaları indi yüksək vəzifələrdədirlər və xalqla hökumət arasında narazılıq yaradırlar. Narazılığı yaradanlar xəyanət edən adamlara kömək edirlər. Çox təəssüf”.

Seçilən
8
1
turkustan.az

10Mənbələr