Aktual.az xəbər verir ki, bu barədə sənədin surətini əldə edən "Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, qanun layihəsi Trampın "Amerikanı yenidən əzəmətli et” şüarı ilə analoji olaraq Qrenlandiyanı "Yenidən Böyük Et Aktı” adlandırılıb. Qanun layihəsini Nümayəndələr Palatasından Endi Oqls və Diana Harşbarger (hər ikisi Tennessi ştatı) hazırlayıb.
Yanvarın 13-ü səhərə olan məlumata görə, onu 10 qanunverici dəstəkləyib.