AZ

NATO Baltik dənizində yeni missiyaya başladı

NATO Baltik dənizində telekommunikasiya kabellərini təxribat və təhdidlərdən qorumaq üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Finlandiyanın paytaxtı Helsinkidə keçirilən sammitdə danışıb.

Baş katib hərbi alyansa üzv olan digər ölkələrin liderləri ilə birgə Baltik dənizində "Rusiyanın kölgə donanması ilə mübarizə tədbirləri"nin müzakirəsi zamanı kabellərin qorunmasının çox mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Rutte "Baltik Gözətçisi" adlı missiya çərçivəsində NATO-nun bölgədəki hərbi varlığının və nəzarətinin gücləndiriləcəyini bildirib.

"Son 2 ayda Litvanı İsveçə, Almaniyanı Finlandiyaya və Estoniyanı Finlandiyaya birləşdirən kabellərin zədələndiyini gördük. Bu, regionun təhlükəsizliyi və rifahı üçün ciddi təhdiddir”, - deyə alyansın lideri qeyd edib.

Rutte, həmçinin kiberhücumlar, təxribat və iqtisadi sabitliyin pozulması kimi faəliyyətləri əhatə edən daha geniş “hibrid müharibə” probleminə istinad edərək, bu cür təhlükələrə qarşı müdafiə xərclərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
9
50
teleqraf.com

10Mənbələr