İngiltərənin “Liverpul” komandasının sabiq qapıçısı Loris Karius Almaniyanın “Şalke” komandasına keçib.
"Unikal" xəbər verir ki, II Bundesliqa təmsilçisi 31 yaşlı almaniyalı qolkiperlə bu mövsümün sonunadək müqavilə imzalayıb. L.Kariusun son komandası İngiltərə “Nyukasl”ı olub.
Qeyd edək ki, Loris Karius Türkiyə təmsilçisi “Beşiktaş”da da çıxış edib.