“Baş verənlərə əsasən hesab etmək olar ki, rəsmi İrəvan Ermənistanda xaos yaradır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun həmtəsisçisi, ekspert Vahe Ovannisyan deyib.
“Avropa İttifaqına daxil olmaq onilliklər çəksə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün dayandırılması bir neçə həftə ərzində baş verə bilər.- Köçürmələrə qarşı sanksiyalar tətbiq oluna, Ermənistan ixracına zərbə vurula bilər”, - deyə erməni ekspert əlavə edib.
Ovannisyanın fikrincə, Ermənistandakı xaotik vəziyyət yerli hakimiyyətə sərf edir.
“2025-ci il seçki ilidir. Eyni zamanda, hakimiyyət paradoksal şəkildə vergiləri artırır və vətəndaşların həyatını çətinləşdirir, halbuki məntiqi olaraq bu gün onların reytinqlərinə xələl gətirməmək üçün belə addımlar atmamalı idilər”, - deyə o vurğulayıb.
Vahe Ovannisyanın fikrincə, Ermənistan dövlətinin tamamilə məhv edilməsi proqramı həyata keçirilir və bu yöndə birgə addımlar atılır.
Musavat.com