AZ

Sorğu: Qrenlandiyalıların 57%-i ABŞ-a qoşulmaq istəyir

ABŞ-da yerləşən sorğu şirkəti qrenlandiyalılarla bağlı sorğunu təqdim edib.

Turkustan.az xəbər verir ki, sorğunun nəticələrinə görə, qrenlandiyalıların 57%-i ABŞ-a qoşulmaq barədə müsbət fikir bildirib.
ABŞ-ın 47-ci prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı israrını davam etdirərkən, ABŞ-ın “Patriot Polling” sorğu şirkəti Qrenlandiya vətəndaşlarının məsələ ilə bağlı fikirlərini araşdırıb.

416 nəfərlə aparılan sorğunun nəticələrinə görə, Qrenlandiyalıların 57%-i ABŞ-a qoşulmağa müsbət, 37%-i isə ABŞ-a qoşulmağın tərəfdarı olmadığını bildirib/ 5,5%-i isə hələ ki, qərarsızdır.

Sorğunun keçirildiyi vaxt kiçik Donald Trampın Qrenlandiyaya səfəri ilə eyni vaxta təsadüf edib.

Qrenlandiyanın əhalisinin 55 min civarında olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
turkustan.az

1Mənbələr