AZ

Rəşad Sadıqov ötənlərin məşhur futbolçusunun sözünü yerə salmadı - FOTO

"Zirə"nin məşqçisi Borçe Xristovla yollarını ayırmasının səbəbi məlum olub.

Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan "Zirə" 2023-cü ilin iyununda 2 illik müqavilə imzaladığı çalışdırıcı ilə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Xirstov bundan sonra karyerasını vətənində davam etdirəcək.

O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.

Bu təyinat Qoran Pandevin təşəbbüsü və təkidi ilə gerçəkləşib. Uzun illər Şimali Makedoniya yığmasının kapitan sarğısını daşımış Pandev bugünlərdə yerli federasiyanın baş katibi seçilib.

Zamanında «İnter», «Napoli» və «Qaralatasaray»ın formasını geyinmiş hücumçu Xristovla əlaqə saxlayıb. onu ölkəsinə geri qaytarmağa razı salıb.

Daha sonra ikinci Rəşad Sadıqova müraciət edərək, vəziyyəti danışıb və baş məşqçidən razı salıb.

Borçe Xristov 2020-ci ildə də “Zirə”də işləyib. O, U-21 millimizdə Rəşad Sadıqovun köməkçisi kimi, eləcə də "Qarabağ"da çalışıb. 2008-2010-cu illəri isə "Bakı"da keçirib.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr