AZ

Almaniyada ara qarışdı: Polisin...

İfrat sağçı “Almaniya üçün Alternativ” Partiyası (AfD) seçki kampaniyası çərçivəsində vətəndaşların evlərinə birtərəfli uçuş bileti şəklində flayerlər göndərib.

"Cebheinfo.az" xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə AfD Karlsrue təşkilatının vətəndaşların poçt qutularına QR kodu və “deportasiya üçün bir tərəfli bilet” sözləri yazılmış flayerlər qoyduğu görünür.

Flyerlərdə həmçinin təyinat bölməsində “Almaniyadan təhlükəsiz mənşə ölkəsinə” ifadəsi, eləcə də uçuş tarixi kimi erkən seçimin aparılacağı “23 fevral” ifadəsi yer alır.

Paylanmış flayerlər AfD Karlsrue təşkilatının “X” sosial media platformasındakı hesabında da paylaşılıb.

AfD millət vəkili Marc Bernhard da paylamanı təsdiqlədi və təxminən 30 min flayerin çap edildiyini söylədi.

Sosial Demokrat Partiyasının (SPD) Karlsruhe bələdiyyə sədri Frank Mentrup Almaniya mətbuatına verdiyi açıqlamada, AfD-nin seçki kampaniyasını sərt şəkildə tənqid edərək, kampaniyanın sərhədi aşdığını və ictimai harmoniyanı təhlükə altına atdığını bildirib.

Bəzi istifadəçilər AfD-nin “həddini aşdığını və demokratiya üçün təhlükə yaratdığını” bildirərək reklamın qadağan edilməsini istəyiblər.

Polisin paylanan flayerlərlə bağlı araşdırma başlatdığı açıqlanıb.

Seçilən
13
cebheinfo.az

1Mənbələr