Bakı. Trend:
ABŞ quş qripinin yayılması ilə əlaqədar kəskin yumurtaçatışmazlığı ilə üzləşib.
Trend xəbər verirki, bu barədə CNN məlumat yayıb.
ABŞ kənd təsərrüfatı nazirliyinin məlumatına görə, noyabr vədekabr aylarında təsərrüfat 17.2 milyon yumurtlayan toyuqdan məhrumolub; bu 2024-cü ildə virusdan zərər çəkmiş bütün quşların az qalayarısına bərabərdir.
“Biz problemi elə sabahdan həll etməyə başlaya bilmərik. Buproses altı aydan doqquz aya qədər vaxt çəkir. Bu isə bəzibazarlarda dövri və lokal xarakterli defisitə gətirib çıxarır”, -Amerika Yumurta İstehsalçıları Assossasiyasının prezidenti EmiliMetz bildirib.
CNN-nin öz mənbələrindən əldə etdiyi məlumata əsasən, ölkədəyumurta qıtlığı bir neçə ay davam edə bilər. Noyabr ayından bəriyaranmış defisit fonunda yumurtanın qiyməti orta hesabla 25 faizqalxıb (12 ədədi 4.33 dollara).