AZ

Seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI – FOTO

Türkiyədəki əsrin faciəsi barədə əvvəlcədən xəbərdar edən seysmoloq Frenk Hugerbits Ukrayna, Qafqaz, Krım və Rusiyanın Krasnodar diyarında mümkün zəlzələ haqqında danışıb. Onun sözlərinə görə, təbii fəlakət yaxın vaxtlarda 6-7 maqnitudalı təkanla reallaşa bilər.

News24.az oxu.az-a istinadla xəbər verir ki, Huqerbits potensial zəlzələ haqqında narahatedici bəyanatı SSGEOS (Solar System Geometry Survey) konfransında bəyan edib.

Alim seysmik aktivliyi proqnozlaşdırmaq üçün Günəş sistemindəki cisimlərin yerləşməsinin təhlili kimi unikal metodologiyadan istifadə edir. Onun proqnozları artıq gerçəkləşib: o, onminlərlə insanın həlak olduğu Türkiyədəki dağıdıcı zəlzələni və Çindəki son hadisələri dəqiq proqnozlaşdırıb.

Seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI - FOTO

Yeri gəlmişkən, “EarthQuake Track” layihəsi də seysmik aktivlik səviyyəsini qaldırıb, “Volcano Discovery” və CISN-dən alınan məlumatlar isə göstərir ki, iki gün ərzində aktiv zonalarda zəlzələlərin sayı 27% artıb. Alimlər qeyd edirlər ki, təxminən 3 maqnitudalı kiçik təkanların sayında əhəmiyyətli artım müşahidə olunur.

VOX araşdırmasında vurğulanır ki, güclü zəlzələlər qaçılmaz olsa da, onların dəqiq vaxtı naməlumdur. Ekspertlər öz məlumatlarını təhlil edərək bir neçə risk zonasını müəyyən ediblər: Türkiyə, Ukrayna, Suriya, İran, həmçinin Avropa ölkələri – Yunanıstan və İtaliya. Rusiyada Kamçatka, Kuril adaları, Saxalin, həmçinin cənub regionları – Qafqaz, Krım və Krasnodar diyarı təhlükə altındadır.


Seçilən
7
2
news24.az

3Mənbələr