AZ

Paşinyanın 6 il öncə dedikləri xanım naziri ÇƏTİN VƏZİYYƏTƏ saldı

Yanvarın 14-də keçirilən mətbuat konfransında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan baş nazir Nikol Paşinyanın məhkəmə sistemi ilə bağlı bu və ya digər vaxtlar verdiyi bəyanatlarla bağlı narahatedici suallara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə news.am saytı yazıb.

Mətbuat konfransının əvvəlində nazirə baş nazirin səs-küy yaradan  “hakimlər divarlar altında sızıldayır” açıqlaması ilə bağlı sual verilib.

Paşinyan sonralar həmin ifadəni bir neçə dəfə işlədib.

Baş nazirdən belə bir şey eşitmədiyini deyən Qalyan növbəti suala keçib.

Mətbuat konfransının ortasında jurnalistlər müvafiq qeydi taparaq eyni suala qayıdıblar. Qalyan məcburən şərh verməli olub.

Qalyanın sözlərinə görə, o vaxtdan altı il keçib (əslində baş nazir bu fikri sonralar da təkrar edib), sonra deyilənlər aktual olub və o günlərin reallıqları ilə şərtlənib.

Nazir xatırladıb ki, 2018-2019-cu illərdə vətəndaşlar arasında ən böyük narazılığa səbəb məhz ədalət sahəsi olub.

Qalyan jurnalistləri baş nazirin son açıqlamalarına qulaq asmağa və əhalini maraqlandıran xəbərləri manşet kimi götürməməyə çağırıb.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr