AZ

Türkiyə Ukrayna ilə bağlı danışıqlarda vasitəçi olmağa hazırdır

Türkiyə Ukraynadakı münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazırdır. Bu barədə RİA Novosti-yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Ankara Ukrayna ilə bağlı gələcək mümkün danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edir.

"Bizim təklifimiz həmişə masadadır”, - agentliyin həmsöhbəti bildirib.

Yanvarın 11-də Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara "Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməkdə” davam edir.
 
O əlavə edib ki, Türkiyə hələ də Rusiya və Ukrayna ilə Qara dənizdə gəmiçiliklə bağlı danışıqlar aparır və həmçinin Moskva ilə Kiyev arasında münaqişənin sona çatmasına töhfə verəcək bütün sülh təşəbbüslərini dəstəkləyəcəyini vəd edib.

Aytac 
www.anews.az
Seçilən
9
anews.az

1Mənbələr