AZ

İsveçrə “hərbi Şengen”ə qoşulur

Avropa İttifaqı Şurası İsveçrənin qoşunların dövlət sərhədlərində ("hərbi Şengen") ləngimələr olmadan Aİ ərazisindən sürətlə köçürülməsini nəzərdə tutan "Hərbi Mobillik" layihəsinə qoşulmasını rəsmən təsdiqləyib.

Şuranın internet səhifəsində verilən açıqlamaya görə, İsveçrənin iştirakı layihəyə əhəmiyyətli faydalar gətirəcək.

İsveçrə hakimiyyəti sentyabr ayında Hərbi Mobilliyə qoşulmaq üçün müraciət edib. Ölkə lazımi inzibati prosedurları yerinə yetirdikdən sonra layihənin rəsmi iştirakçısına çevriləcək.

2020-ci ildə Aİ Şurası Aİ üzvü olmayan ölkələrin müəyyən Aİ müdafiə layihələrinə cəlb oluna biləcəyi şərtlərin siyahısını tərtib etdi. 2021-ci ildə Aİ ABŞ, Kanada və Norveçi “hərbi Şengen”ə qoşulmağa dəvət etdi və bir il sonra Böyük Britaniya da layihəyə dəvət edildi.

 

Nigar

 

Seçilən
10
oxu24.com

1Mənbələr