AZ

Şəhriyar 20-ci pilləyə düşdü

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya reytinqini yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Şəhriyar Məmmədyarov (2732 xal) hələ də Azərbaycan şahmatçıları arasında liderliyi qorusa da, 16-cı pillədən 20-ci pilləyə geriləyib. Teymur Rəcəbov (2698) 32-ci, Rauf Məmmədov (2656) 73-cü yerdə qərarlaşıb. Siyahıya norveçli Maqnus Karlsen (2831) başçılıq edir, sonrakı pillərlərdə Fabiano Karuana (ABŞ, 2803) və Hikaru Nakamura (ABŞ, 2802) qərarlaşıb.

Qadın şahmatçıların reytinqinə gəlincə, iki pillə geriləyən Günay Məmmədzadə (2412) 38-ci, Gövhər Beydullayeva (2404) 42-ci, Ülviyyə Fətəliyeva (2381) 64-cü, Xanım Balacayeva (2355) 88-ci yerdədi.

Çinli Hou İfan (2633) qadınlar arasında liderliyi qoruyur. Onu həmvətənləri Szyuy Ventszyun (2561) və Tan Çjunyi (2561) izləyir.

Bu arada yanvarın 17-dən fevralın 2-nə qədər Niderlanda beynəlxaıq “Tata Steel Challengers” turnirinin keçiriləcəyi bəlli olub. Turnirə qatılacaq 14 şahmatçı arasında həmvətənimiz Aydın Süleymanlı da var. Şahmatçılar dairəvi sistem üzrə yarışacaq.

Seçilən
2
football-plus.az

1Mənbələr