AZ

KTMT-dən İrəvana xəbərdarlıq: “Bizi ABŞ ilə təhdid etməyin”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyi (KTMT) bu gün Ermənistan və ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, qurum sazişi müvafiq sənədlə tanış olduqdan sonra qiymətləndiriləcəyini bildirib.

KTMT bəyan edib ki, Vaşinqtonla belə tərəfdaşlığın yaradılması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistanın suveren hüququdur.

“Bununla belə, onun bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında qurulması vacibdir, yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq təşkilatlar üçün təhlükəsizlik təhdidləri yaratmamalıdır”, - katiblik qeyd edib.

Xatırladaq ki, bu gün Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
teleqraf.com

1Mənbələr