AZ

“Azərbaycan daim İrana qarşı bu cür səmimi olub” - Keçmiş səfir

Yazını böyüt
Yazını kiçilt

“Yaxşı yadımdadır ki, 2006-cı ilin, səhv etmirəmsə, aprel ayında prezident İlham Əliyev ABŞ-də səfərdə olarkən Ağ Evdə ona təklif etmişdilər ki,  Azərbaycan ərazisində İrana nəzarət üçün xüsusi qurğular qurulması üçün icazə verilsin. Prezident rəsmi görüşdə buna mənfi cavab vermişdi. O demişdi ki, İran bizim qonşu ölkədir, orada bizim on milyonlarla qardaş-bacımız yaşayır, bu dövlətlə tarixi münasibətlərimiz var və bu gün də münasibətlərimiz yaxşı inkişaf edir. Həmin səbəblərdən də biz Azərbaycan ərazisindən İrana qarşı o dövlətin təhlükəsizliyini təhdid edə biləcək hansısa işlər görülməsinə qətiyyən icazə verə bilmərik”.

Bunu hafta.az-a açıqlamasında İran dövlətinin Azərbaycana qarşı səmimi münasibət göstərməsinin onun öz maraqları üçün zərurliyindən bəhs edən ölkəmizin İrandakı sabiq səfiri Abbasəli Həsənov söyləyib.

“Onu da vurğulamalıyam ki, o dövr üçün ABŞ kimi dövlətə belə bir cavab böyük cəsarət tələb edirdi... Məsələ bununla bitməyib. Rəsmi görüşdən çıxan İlham Əliyev Ağ Ev qarşısında gözləyən dünyanın müxtəlif tanınmış media qurumlarını təmsil edən jurnalistlərin önündə də onlardan birinin verdiyi eyni sualı yenə də eyni cür cavablandırmışdı...

Sözüm ondadır ki, Azərbaycan dövləti də, xalqı da daim İrana qarşı bu cür səmimi olub. Amma təəssüf ki, həmişə İranda kimlərsə tapılıb və müxtəlif şayiələr yaymaqla, təxribatlar törətməklə ölkəmizə, dövlətimizə qarşı qərəzli münasibət formalaşdırmağa və iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edib”, - deyə davamında keçmiş səfir diqqətə çatdırıb.

Seçilən
3
1
hafta.az

2Mənbələr