Livanın yeni baş naziri olaraq BMT Beynəlxalq Məhkəməsinin (ICJ) sədri Navaf Salam təyin edilib. "Ulusum".az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar, Livan prezidenti Cozef Aunun, parlamentin 84 deputatının Salamın namizədliyini dəstəkləməsi nəticəsində qəbul edilib. Salam, təyin edilməzdən əvvəl uzun müddət Haaqada yerləşən BMT Beynəlxalq Məhkəməsinə rəhbərlik edirdi.Yeni baş nazirin təyin olunması Livanda müsbət qarşılanıb, çünki onun qərbyönlü siyasi qüvvələr və müstəqil deputatlar tərəfindən dəstəkləndiyi bildirilir. Həmçinin, Salamın Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi də məlumdur. Livanda siyasi gərginliklər və təlatümlü dövr ərzində Salamın baş nazir təyin edilməsi, ölkənin siyasi sabitliyinə töhfə verəcəyi ümid edilir.Səidə Mustafa
Diqqət Çəkənlər
Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır
Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib
Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib