AZ

Nazirlik ADY-nin departament rəhbərinin müavininin diplomunu tanımayıb - "Sizə nömrəmi kim verib?"

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resursları departamentinin müdir müavini Samir Yusif oğlu Əmirovun diplomunu təsdiqləməyib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, S.Əmirov Türkiyənin Ege Universitetində radio, televiziya və sinema fakültəsində təhsil alıb. 

Məsələ ilə əlaqədar Pravda.az-ın əməkdaşı Samir Əmirovla əlaqə saxlasa da, o, münasibət bildirməkdən imtina edib: “Bu məsələ ilə bağlı heç bir məlumat verən deyiləm. Ümumiyyətlə, nə məsələdir, məni niyə belə narahat edirsiniz? Sizə nömrəmi kim verib? Nömrəm axı mətbuatda yoxdur. Sualınızla əlaqədar elə nömrəmi aldığınız şəxsə müraciət edin”.

Seçilən
2
4
mia.az

10Mənbələr